Azərbaycanlı idmançılar “Xocalıya Ədalət” yazılı forma ilə döyüşəcəklər - FOTO

İDMAN
19:05 20.02.2015
3455

Peşəkar döyüşlər Rusiyanın BOETS kanalı ilə canlı olaraq yayımlanacaq.

Azərbaycanın peşəkar K-1 döyüşçüləri fevral ayının 26-da RusiyanınMoskvaşəhərində keçiriləcək “RUSSIA GRAN PRI OPEN” GPRO 16adlı peşəkar turnirdə iştirak edəcək.

K-1-in Azərbaycan və Yaxın Şərq nümayəndəliyindənverilən məlumata görə, turnirdə idmançılarımız “XocalıyaƏdalət” və Baku - 2015 Olimpiya oyunlarını təbliğ edəcək.

Bu mötəbər gecədə Azərbaycanın və Yaxın Şərqin K-1 nümayəndəliyinin“Best of the Best Promotion”un rəhbəri Elnur Məmmədovundəstəyi ilə üç peşəkar idmançı Tural Bayramov, Alim Nabiev, Xəyal Canıyev iştirak edəcək.

İdmançılarımız “Xocalıya Ədalət”yazılı forma ilə döyüş arenasına çıxacaqlar. Peşəkar döyüşlər Rusiyanın BOETS kanalı ilə canlı olaraq yayımlanacaq.

Alim Nabievinrəqibi Kumer Caliev olacaq.

Tural Bayramovun rəqibi Rusiyanın ən güclü gənc ulduz idmançısı Artyom Paşporin, Xəyal Canıyevin rəqibi isə “SuperBon” ləqəbli döyüşçü olacaq. Daha sonra gecədə rusiyalı Cabbar Askerov kimi ulduz idmançılar da yer alacaq.

OXŞAR XƏBƏRLƏR