Azərbaycanlı idmançılardan ermənilərə ikiqat zərbə
İDMAN
18:45 21.03.2014
969
Cüdo üzrə Azərbaycan milli komandası Tbilisidəki Qran-Pri yarışlarına əla başlayıb.Azərbaycanın beş cüdoçusu Tbilisidə başlayan Qran-Pridə güclərini sınayır.60 kq-dək olan çəki dərəcəsində iki idmançımız mübarizə aparır. Orxan Səfərov startda Ser-Oda Nasanjarqalı (Monqolustun) məğlub edib, dörddəbir finalda isə gürcü Lukxumi Çikvimianinin öhdəsindən gəlib.Yarımfinalda Orxan Rusiya təmsilçisi olan Olimpiya çempionu Arsen Qalstyanın dizini yerə gətirib və Qran-Prinin finalına çıxıb.Həlledici döyüşdə Səfərov qazax Yerkubulan Kassyevi ipponla məğlub edərək mövsümün ilk beynəlxalq uğurunu qazanıb.Vüqar Şirinli (60 kq) ilk döyüşündə gürcü Georgi Brolaşviliyə məğlub olub.66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə ilk döyüşündə ukraynalı Sergey Pliyevi ipponla udub. Sonra isə təmiz atışla tatami sahibi Şalva Kardavanın öhdəsindən gəlib. Yarımfinalda o, qazax Yeldos Jumaxanovu məğlub edib və finala çıxıb. Burada o, dünya və Avropa çempionu ukraynalı Georgi Zantaraya qarşı döyüşəcək.Nicat Şıxəlizadə həlledici döyüşdə Ukrayna təmsilçisi, dünya və Avropa çempionu Georgi Zantaraya təmiz atışla qalib gələrək qızıl medalı qazanıb.Tərlan Kərimov ilk döyüşündə (66 kq) gürcü Tristan Peikrişviliyə uduzub.