Azərbaycanlı ifaçı İngiltərədə vokal studiyası açdı - FOTO

Azərbaycanlı ifaçı İngiltərədə vokal studiyası açdı - FOTO
MAQAZİN
20:26 12.01.2023
386
Azərbaycanlı ifaçı Emin Eminzadə İngiltərədə özünün EMİNZADA vokal studiyasını açıb və yeni musiqi albomunu təqdim etməyi hazırlaşır.

AZXEBER.COM xəbər verir ki, Emin Eminzadə studiyada vokal dərsləri ilə yanaşı, Azərbaycan xalq, klassik və müasir musiqisini tələbələrə təqdim edir. 

"Vokal studiyası yaratmaq fikrim çoxdan var idi, lakin gərgin iş qrafiki və oxuduğum üçün planlarımı həyata keçirmək mümkün olmamışdı. Mən tələbələri Azərbaycanın musiqi mədəniyyəti ilə tanış etməyi çox sevirəm, nəticədə onlar daha çox məlumat əldə edirlər. Biz hətta mahnılarımızı birgə ifa edirik. Studiyada biz konsertlər də təşkil edirik. Gələcəkdə bu studiya ilə bağlı çoxlu planlarım var”,- Eminzadə qeyd edib.

Eminzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib, Fidan Qasımovanın sinfində təhsil alıb.Müğənninin adı "Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na ​​yazılıb.
Əvvəllər o, tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-da təhsil almaq üçün təqaüd qazanıb, daha sonra Texasa gedib. Sonra Amerika Musiqili Dram Akademiyasına daxil olub və bu təhsil ocağında təhsil alan ilk azərbaycanlı olub.
Qeyd edək ki, Emin Eminzadə Qazaxıstanda "Qızıl Mikrofon”, İtaliyada Elia Katalano, İspaniyada "Opus - 2012”, 2013-cü ildə Bakıda keçirilən "TO THE TOPS” kimi beynəlxalq müsabiqələrin laureatıdır. O, həm də Bakıda məşhur italyan ifaçısı Robertino Loretti ilə eyni səhnədə çıxış edərək, onunla Jamayka və O Sole Mio mahnılarını duet ifa edib. Məşhur italyan ifaçısı Robertino Loretti Bakıda verdiyi konsertdən sonra Emini "Azərbaycanın Robertinosu” adlandırıb.
2019-cu ildə o, 62-ci Qremmi Mükafatlarına fəxri qonaq kimi dəvət olunub. Onun istedadı pop kralı Maykl Ceksonun bacısı Canet Cekson tərəfindən də yüksək qiymətləndirilib.

Xatırladaq ki, 2020-ci ildə müğənni Londonun nüfuzlu universitetlərindən birinə - Britaniya və İrlandiya Müasir Musiqi İnstitutuna (British and Irish Modern Music Institute) daxil olub. İki ildir ki, Emin Eminzadə musiqi karyerasını orada davam etdirir, mahnılar təqdim edir, layihələr üzərində işləyir və Azərbaycan musiqisini təbliğ edir.

Emin Eminzadə ifa etdiyi bütün bəstələrin müəllifidir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
23:36 21.10.2026
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
23:30 21.10.2026
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
23:23 21.10.2026
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
23:10 21.10.2026
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
23:02 21.10.2026
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
22:59 21.10.2026
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
22:52 21.10.2026
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
22:44 21.10.2026
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
Sabah bu ərazilərdə işıq olmayacaq
22:21 21.10.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
22:15 21.10.2026
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
22:02 21.10.2026
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
Mask ABŞ senatorlarını hədələdi
21:53 21.10.2026
Mask ABŞ senatorlarını hədələdi
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
21:46 21.10.2026
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib
21:39 21.10.2026
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib
“Hər iki tərəfin görəcəyi hələ çox iş var”
21:33 21.10.2026
“Hər iki tərəfin görəcəyi hələ çox iş var”
Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir
21:28 21.10.2026
Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir