Azərbaycanlı imam: “Özlərini İslam hökuməti adlandıranlar müsəlman qanı axıdanların sırasında yer alırlar”

SOSİAL
17:17 22.09.2021
726
"Əfsuslar olsun ki, özlərini İslam hökuməti adlandıranlar, İslamı ən gözəl yaşayırıq düşüncəsinə qapılanlar, müsəlmanın, məzlumun yanında yer almağın əvəzinə, müsəlmana zülm edərək müsəlman qanı axıdanların sırasında və səflərində yer alırlar”.

"Heydər” məscidinin imamı Rüfət Qarayev "Facebook” səhifəsində İranın hərbi təlimlərinə belə münasibət bildirib.

"Vətən anamızdır. Ana Vətənə xidmət etmək isə hər birimizin ən başlıca vəzifəsidir. Ümmətini ana şəfqəti ilə sevən Allahın Rəsulu (salavatullah) belə buyurdu: "Vətəni sevmək imandandır”. Yəni, Allaha və Rəsuluna inanan, "Əhli-beyti” və səhabələri sevib yollarıyla gedən insan Vətənini sevəcəkdir. Sevmək məcburiyyətindədir. Çünki Vətən onun anasıdır. Yenə də Allahın Rəsulu (salavatullah) belə buyurdu: "Cənnət anaların ayaqları altındadır”. Demək ki, Cənnətə gedən yolumuz da bu ana Vətəndən başlayır”, - deyə məscidin imamı bildirib.

İslam peyğəmbərinin və İmam Əlinin nümunəvi davranışlarından bəhs edən R.Qarayev daha sonra qeyd edib:

"Vətən sevgisi ilə bağlı dəlilləri sadalamağa başlasaq, kifayət edəcək qədər dəlillərimiz vardır. Bəs sual olunur, nə üçün biriləri var gücləri ilə çalışırlar ki, Vətən sevgisi ilə bağlı olan hədisi zəif hədis hesab etsinlər. Qurani-Kərimin, "birləşin!”, "Bir olun!”, "Güclü olun!”, "Vəhdət edin!” kimi əmrlərini görməzlikdən gələrək, bizi İslamın həqiqi simasından uzaqlaşdıraraq, özlərinin boyadığı yalançı boyalarla bəzədikləri İslama dəvət edirlər. Fürsət tapdıqları zaman isə öz tülkü simalarını gizlədərək, şir olduqlarını bildirib güc nümayiş etdirirlər. Demək ki, bunlar Həzrət Əli aşiqi olduqlarını belə saxtakarlıqla təqdim edirlər. Əgər belə olmasaydı, Həzrət Əlinin (əleyhissalam) kəlamlarına əməl edər, "Dostun dostundur, dostunun dostudur, düşməninin düşmənidir” kəlamına müxalif addım atmazdılar.

Hamıya məlumdur ki, erməni faşistləri bizim düşmənlərimizdir. Bu sadə düşmənçilik və ya güzəştə gedib bağışlanacaq düşmənçilik deyil. Bu, qan düşmənçiliyidir. Bu can düşmənçiliyidir. Bu, namus düşmənçiliyidir. Bu, xəyanət düşmənçiliyidir. Amma əfsuslar olsun ki, özlərini İslam hökuməti adlandıranlar, İslamı ən gözəl yaşayırıq düşüncəsinə qapılanlar, müsəlmanın, məzlumun yanında yer almağın əvəzinə, müsəlmana zülm edərək, müsəlman qanı axıdanların sırasında və səflərində yer alırlar. Sizcə yenidən oturub, dərindən düşünməyin zamanı deyilmi?”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:28 27.10.2021

Saatlı sakinlərindən 3 kilodan çox narkotik götürülüb

23:49 26.10.2021

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır - FOTOLAR

23:36 26.10.2021

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

23:34 26.10.2021

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib - FOTO

23:25 26.10.2021

“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

22:57 26.10.2021

“Türk ulduzları”ndan möhtəşəm şou - VİDEO

22:33 26.10.2021

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

22:30 26.10.2021

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

22:22 26.10.2021

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər

22:02 26.10.2021

ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

21:37 26.10.2021

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

21:31 26.10.2021

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib - FOTO

21:11 26.10.2021

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

21:05 26.10.2021

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

20:54 26.10.2021

Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”

20:47 26.10.2021

İlham Əliyev: "İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik"