Azərbaycanlı iş adamı minlərlə ukraynalını sevindirdi - VİDEO

Azərbaycanlı iş adamı minlərlə ukraynalını sevindirdi - VİDEO
SOSİAL
13:38 24.04.2023
1070
Odessada yaşayan həmyerlimiz, xeyriyyəçi Şamil Quliyevə məxsus "Dopomoqa" xeyriyyə fondu xristian dünyasında müqəddəs Pasxa və İslam aləminin bayramların şahı olan Ramazan günlərində yenə minlərlə ukraynalı ailəni, körpəni yardımları ilə sevindirib.                             

Qeyd edək ki, Rusiyanın adını xüsusi əməliyyat qoyaraq Ukraynaya qarşı açdığı savaşın ilk günlərindən fond nəinki Odessada, demək olar ki, bütün Ukraynada humanitar cəbhənin öncüllərindən olub. Artıq bir ildən çoxdur ki, "Dopomoqa" həftədə iki dəfə  əhalinin müraciətləri üzrə siyahılar tərtib edir, şəhər əhalisi və işğalda olan ərazilərdən məcburi köçkün gəlmiş minlərlə ukraynalı qida, paltar, uşaq geyimləri, gigiyena vasitələri ilə təmin olunur. 

Fondun icraçı direktoru Camal Quliyev iş adamının oğludur. O həm də boks üzrə gənclər arasında Ukrayna çempionu, dünya üçüncüsüdür. Camal Odessada hüquq təhsili alır.

OXŞAR XƏBƏRLƏR