Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO

Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO
SOSİAL
10:41 25.07.2017
9009
Türkiyəli müğənni Kibariyənin Azərbaycanda kimin toyuna gəldiyi məlum olub. 
 
AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, məclisin sahibi şəmkirli iş adamı Qulu Vəliyevdir. 
 
O, oğluna Şəmkirdə 4 gün, 4 gecə toy edib. Özəl günə Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu "Kabriol” və başqaları dəvət alıb.
 
Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub. 
 
Qeyd edək ki, Q. Vəliyev Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir. 

 
 




OXŞAR XƏBƏRLƏR