Azərbaycanlı iş adamı Türkiyədə vitse-prezident seçildi

İDMAN
12:43 25.08.2015
1587
Azərbaycanlı iş adamı Türkiyə Sport Combat Sambo Federasiyasına 1-ci Vitse Prezident seçildi.
Səbuhi Rəcəb “12 May” Cobra Kikboksing idman cəmiyyətinin direktorudur . Səbuhi Rəcəb Vaqif oğlu “Azərbaycan Sambo Federasiyası” İctimai Birliyinin İcraiyyə Komitəsinin qərarı ilə 2014-cü ildə döyüş sambosu üzrə vitse-prezident seçilib.
Səbuhi Rəcəb Vaqif oğlu 1982 –ci il oktyabrın 20-də Bakıda doğulub. İxtisasca hüquqşünasdır. Uzun müddət Konstitusiya Məhkəməsində çalışıb. 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2013-cu ildə “12 MAY” MMC-ni təsis edib.
Xatırladaq ki Səbuhi Rəcəb vaxtilə uzun müddət kikboksing idman növü ilə məşğul olub.
Ailəlidir, dörd övladı var.
OXŞAR XƏBƏRLƏR