Tanınmış səhiyyə eksperti, Türkiyədə fəaliyyət gösətərən Healthis Assistance tibb şirkətinin direktoru Sənan Quliyev sosial şəbəkələrdə yeni aksiyaya start verib.
AZXEBER.COM-a açıqlama verən tibb eksperti bütün sosial şəbəkə istifadəçilərini "İlik Donor Bank"larına dəstək olmağa çağırıb. Ekspert, hər kəsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etməyə səsləyib: "Ad günümü mənalı olması üçün "İlik Donor Bankına” qan verdim. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən və əksəriyyəti uşaqlar olan minlərlə insan, öz xilaskarlarını gözləyirlər. Onlar ilik nəqli olmasalar solub, aramızdan yox olacaqlar. Mənim tanıdığım onlarla talessemiyalı uşaq var ki bəziləri illərdir uyğun donor gözləyir. Hər birimiz oblardan bir neçəsini xilas edə bilərik!!!"
Qeyd edək ki, azərbaycanlı iş adamı bundan öncə bir çox xəstəlikdən əziyyət çəkən insanların Türkiyədə uğurlu əməliyyatlarının əsas iştirakçısı olub.