Azərbaycanlı iş adamının barına basqın edildi - YARALILAR VAR

Azərbaycanlı iş adamının barına basqın edildi - YARALILAR VAR
SOSİAL
14:05 18.04.2023
257
Rusiyanın Nijnevartovsk şəhərindəki barların birinə hücum olub.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, bir neçə çeçen, azərbaycanlı və dağıstanlı "Tuman" adlı bara qəlyan çəkməyə gəlsələr də, sərxoş olduqları üçün mühafizəçilər onları içəri buraxmayıb.

Belə olduqda onlar atəş açıb mühafizəçiləri yaralayaraq içəri keçiblər. Amma polis vaxtında gələrək onları zərərsizləşdirib. Hadisə zamanı iki nəfər yaralanıb.
Maraqlıdır ki, barın sahibi də Kənan Ağazadə adlı azərbaycanlı iş adamıdır.
OXŞAR XƏBƏRLƏR