Azərbaycanlı kişi aparıcı: Mən ölmüşəm ki, nişanlım yemək bişirsin?

Azərbaycanlı kişi aparıcı: Mən ölmüşəm ki, nişanlım yemək bişirsin?
MAQAZİN
13:48 01.12.2017
1324
Bu gün "Hər şey daxil" verilişinin qonaqlarından biri bu yaxınlarda verilişində sevdiyi xanıma evlilik təklifi ilə yadda qalan "Xəzər" telekanalının aparıcısı Ağakərim Şamidzadə olub.

Aparıcı studiyaya daxil olan kimi evlilik təklifi ilə bağlı "Dünyada ilk dəfə idi ki, bir aparıcı öz verilişində kiməsə evlilik təklifi edirdi" deyib.

Ağakərimin özü ilə gətirdiyi şiriniyyatları göstərən aparıcılar ona "Bunları nişanlın bişirib?" sualı ilə müraciət ediblər.

Ağakərim Şamidzadə aparıcıların ona ünvanladığı suala "Mən ölmüşəm ki, o bişirsin" cavabını verib və bu, studiyada gülüşlə qarşılanıb.
 
///Milli.Az
OXŞAR XƏBƏRLƏR