“İstəyirəm ki, AST Telman mənə də villa hədiyyə etsin”.
Azərbaycanlı iş adamı AST Telman İsmayılovun rusiyalı müğənni NikolayBaskova villa hədiyyə etməsi müğənni Həmid Sultanı da həvəsləndirib.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, H.Sultan özünün rusiyalı müğənnidən gözəl olduğunu səbəb gətirərək T.İsmayılovdan hədiyyə istəyib:
“Mən özüm də rusiyalı müğənni Nikolay Baskovun pərəstişkarıyam. Amma gələcəkdə özümü ondan yuxarı zirvədə görmək istəyirəm.
Onunla müqayisədə özümü daha üstün sayıram. Hətta yaşca ondan daha cavan, görünüşcə daha maraqlıyam. Düşünürəm ki, bizim milyonçularımız öz müğənnilərimizə dəstək olsalar, biz də Rusiya və Türkiyə ulduzları kimi zirvədə ola bilərik. Çox istərdim ki, Telman İsmayılov mənə də villa hədiyyə etsin”.


