Ötən gün Türkiyədə "Qardaşoğlu" ləqəbli azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.
AZXEBER.COM xəbər verir ki, shou tv Elnur Qasımovun avtomobilində hücuma məruz qaldığı anların görüntülərini yayıb.
Videoda silahlı şəxsin maşına atəş açdığı görünür.
Xatırladaq ki, Elnur Qasımov mərhum Rövşən Lənkəranski kimi tanın Rövşən Canıyevin tərəfdarı olub. Elnur Qasımovun qardaşı Emin Qasımovda kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınır. Qətli törədən Nicat adlı şəxsin mərhum qanuni oğru "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamı olduğu bildirilir.
Qətl anının görüntülərini təqdim edirik.