Azərbaycanlı Krişna rahibi: “Axtardığım sualların cavabını burda tapdım” - VİDEO

SOSİAL
22:51 21.01.2022
447
Adi insan kimi yaşayırdım. Məqsədim dövlətli olmaq, həyatda mövqe tutmaq, rahat həyat yaşamaq idi. Amma gördüm ki, həyatın öz qanunları var.

Bu fikirlər 25 ildən çoxdur Krişna məbədində fəaliyyət göstərən 46 yaşlı Krişna Samarana Dasa (Fərhad Əliyev) məxsusdur.

Rahib "mən kiməm”, "bu dünyaya niyə gəlmişəm”, "niyə həyatdan gözləmədiyimiz zərbələr alırıq” kimi həyat və özünüdərk haqqında suallarına krişnaizmdə cavab tapdığını deyir.
Krişna Samarana Das krişnaizmdəki qadağalardan bəhs edib.

"Vegeterianıq, qumar oyunları oynamırıq, bihuşedici maddə və içkilərdən istifadə etmirik və qanunsuz münasibətlərdə olmuruq”, - deyə o qeyd edib.

Rahib Krişna Şüuru Cəmiyyətinə daxil olarkən valideynlərinin bu məsələyə münasibətindən, ətrafdakıların ona olan reaksiyalarından da danışıb.
 

OXŞAR XƏBƏRLƏR