Azərbaycanlı məşhurlar #evdəqal #azxeberoxu kampaniyasına qoşuldu - SİYAHI+FOTOLAR

Azərbaycanlı məşhurlar #evdəqal #azxeberoxu kampaniyasına qoşuldu - SİYAHI+FOTOLAR
SOSİAL
19:40 21.03.2020
7410
Xəbər verdiyimiz kimi dünyanı cənginə alan COVİD-19 virusu Azərbaycanda da aşkarlanıb. 
Virusla mübarizə məqsədi ilə operativ qərargah yaradılıb. 

AZXEBER.COM informasiya portalı da sosial şəbəkədə "#Evdəqal, #azxeberoxu" haştağlı kampaniya başladıb. 
 
Kampaniyaya 3 gün ərzində 100-lərlə insan qoşulub. Sosial kampaniyaya azərbaycanlı məşhurlar da biganə qalmayıb. Belə ki, müğənnilər Nura Suri, Sevil-Sevinc bacıları, Xatun Əliyeva, Ayan Babakişiyeva, Mina Hüseyn, Sevinc Ağaşirinova, aktrisa Pərvin Abıyeva, Zümrüd Qasımova, məşqçi Kamil Zeynallı, fenomen Bayram Nurlu və digərləri dəstək olublar. 

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada koronavirusa yoluxanların sayı 250 mini ötüb, 12 minə yaxın insan ölüb.
 
Virusdan qorunmaq üçün əsas tövsiyələrdən biri də mümkün qədər evdə qalmaq və küçəyə çıxmamaqdır. Evdə qalın deyərkən, küçədə yoluxduğumuz virusu evdəki yaşlılarımıza aparmamaq nəzərdə tutulur. Çünki onlar xəstəliyi daha ağır keçirirlər. Bilirik ki, gənc orqanizm xəstəliyi tez məğlub edə bilir, ancaq yaşlılarımızı ölümcül risk altına ata bilərik. Bu səbəbdən də Azxeber.com informasiya portalı #evdəqal #azxeberoxu haştaqları ilə kampaniya başladıb.






OXŞAR XƏBƏRLƏR