Azərbaycan vətəndaşı mərc oyunlarında 3 milyon manat uduzub.
Bu barədə "Xəzər TV"də yayımlanan "Futbol saatı" verlişinin aparıcısı Ceyhun Rzayev "Facebook"da yazıb:
"Dünən təsadüfən bir nəfərlə tanış oldum. Adam mərc oyunlarında 3 milyon manat uduzub! Təsəvvür eləyirsiz, 3 milyon".
Ceyhun Rzayev həmin şəxsin adını açıqlamayıb.
///Qaynarinfo.Az