Azərbaycanlı məşhurlar Elçibəy haqda nə düşünür?

Azərbaycanlı məşhurlar Elçibəy haqda nə düşünür?
MAQAZİN
15:20 22.08.2017
8772

Xəbər verdiyimiz kimi bu gün azərbaycanlı dövlət, siyasi və ictimai xadim, dissident, Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 17 il ötür.

AZXEBER.COM xəbər verir ki, A24.az saytı Azərbaycanın ikinci prezidenti, SSRİ dövründən müstəqilliyə can atan Elçibəy haqqında sorğu keçirib.

Görəsən, Azərbaycanın tanınmış sənət adamları mərhum prezident Əbülfəz Əliyevi (Elçibəy) necə xatırlayır? Sorğu zamanı onun haqqında maraqlı fikirlərini bölüşənlər olsa da ümumiyyətlə danışmaq istəməyənlər də olub.

Öncə Azərbaycanın xalq artisti Afaq Bəşirqızı zəngə cavab verdiyinə baxmayaraq, sualdan sonra telefonu söndürüb.

Aralarında olan dostluq münasibətindən söhbət açan Əməkdar incəsənət xadimi Baba Vəziroğlu artıq yoxdur deyə, kədərləndiyini bildirib:

"Elçibəy deyiləndə öncə dostum olaraq yadıma düşür. O, millətini, xalqını sevən, dostluğa qiymət verən bir insan idi. Hakimiyyət dövrü çox qalmaqallı idi. Çünki torpaqlarımızın taleyi həll olunurdu. Qürbətdən sonra onu bir dəfə gördüm. Çox kədərli görüşüydü. Artıq onun gözlərindən hiss edirdim ki, bu bizim son görüşümüzdür. O zamanlar "Mİ” televiziyasında çalışırdım. Oradan bir bəhanə ilə çıxdım ki, gedim dostumu görüm. Ondan müsahibə almaq, nəsə yazmaq fikrim yoxuydu. Sadəcə görmək istəyirdim. Elçibəylə bağlı iki məqam yadıma düşür. Əvvəllər "Azneft” çayxanası deyilən yer varıydı. Daha sonra Azadlıq Hərəkatında da bir yerdə çıxış edirdik. Bizim öz çevrəmiz varıydı. Kamil Vəli Nərimanoğlu, Firudin Cəlilov, mərhum sənətkar Aydın Məmmədov, şairlərdən Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Göyçaylı Oqtay Məmmədov (ona "Qara Oqtay” deyirdilər. O həm də Elçibəyin mühafizə xidmətinin rəisi idi), Kamal Abdulla, Ramiz Rövşən eyni çevrənin adamlarıydıq. Çox təəssüf ki, indi onlarla görüşüb, həmin çayxanaya gedə bilmirik. Çünki nə həmin çayxana var, nə də ki o insanlar. Qalanlara Allahdan can sağlığı arzu edirəm. Danışdırdınız çox kədərləndim.”

Həmin sual növbəti müsahib xalq artisti Fəxrəddin Manafova ünvanlanıb. Lakin sualdan sonra Bakıda olmadığını və danışa bilməyəcəyini deyib. Səbəbini soruşanda isə telefonu söndürüb.

Bu gün daşıdığı Xalq artisti adını aldığına görə, Canəli Əkbərov ona minnətdar olduğunu bildirib. "Elçibəy təbiətcə çox sakit, ürəyiaçıq bir insanıydı. Xalq artisti adını onun imzasıyla almışam. Televiziyalarda çıxışlarına qulaq asanda fikir verirdim ki, xalqını sevən biriydi. Bir sözlə deyə bilərəm ki, o xalq adamıdır. Allah rəhmət eləsin!”

Suala cavab verməyən sənət adamları sırasında xalq artisti Rasim Balayev olub. O, səhhətində problem olduğunu və bu barədə danışa bilməyəcəyini deyib.

Xatirəsində mərd, xalqı tərəfindən sevilən biri olduğunu deyən, xalq artisti Mənsum İbrahimov da mərhum prezidentlə bağlı öz təəssüratlarını bölüşüb. "Onunla şəxsi tanışlığım olmayıb. Amma ölkəsinə, xalqına xağlı bir insan kimi yadımdadır. Bir ziyalı olaraq böyük hörmətim olub. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”

Xalq artisti Nəzakət Teymurova onun hakimiyyəti dövründə tələbə olduğunu və mərd bir insan kimi xatırladığını bildirib. "Heç vaxt ünsiyyətimiz olmayıb. Onun hakimiyyəti dövründə tələbə idim. Belə xasiyyətcə saf, əzmkar, mərd biri kimi xatirəmdədir. Allah rəhmət eləsin!”

Danışmaq istəməyən sənət adamlarından daha biri xalq artisti Mələkxanım Eyyubova olub. O, "Qubadayam və yol gedirəm. Buna görə də danışa bilməyəcəm”- deyərək sualdan imtina edib.

Qeyd edək ki, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 22 avqust 2000 tarixində uzun sürət xəstəlikdən sonra dünyasını dəyişib.

O, Birinci Fəxri Xiyabanda dəfn edilib.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik