Azərbaycanlı məşqçi Hindistandan qovuldu - Zorakılıq ittihamı
İDMAN
10:40 08.02.2017
1024
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Nikolay Adam Hindistanın U-17 yığmasından istefaya göndərilib.
"Report"un Hindistan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssisin işinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2015-ci il aprellin 1-dən Hindistan yığmasına rəhbərlik Adamla bərabər, onun azərbaycanlı köməkçisi Etibar İbrahimov da işini itirib. Komanda müvəqqəti olaraq, Savio Madeyraya tapşırılıb.
Qeyd edək ki, Hindistan yığması yanvarda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Valentin Qranatkinin xatirə turnirində sonuncu yeri tutub. Bundan başqa hər iki mütəxəssis əleyhinə futbolçular şikayət ərizəsi yazıblar. Onlar komanda üzvlərinə qarşı fiziki zorakılıqda ittiham olunublar.