Azərbaycanlı meyxanaçılar Rusiyada erməniləri pərt etdilər
MAQAZİN
16:44 29.06.2012
4101
Bir müddət əvvəl “Tı kto takoy, davay do svidaniya” adlı meyxana ilə bütün Rusiyada məşhurlaşan azərbaycanlı meyxanaçılar İntiqam və Etiram Rüstəmovların dəvət olunduğu Rusiyanın birinci kanalında yayımlanan yüksək reytinqli “Vecerniy Urqant” proqramında ermənilərlə bağlı qalmaqal yaşanıb.Belə ki, şounun çəkilişi zamanı meyxana deyərkən onları Ermənistanın “Pomidor” qrupunun müşayiət edəcəyini öyrənən Rüstəmov qardaşları çəkilişə etiraz ediblər. Rüstəmov qardaşlarının tələbi ilə erməni qrupu Moskvada yaşayan və meyxana ritmlərini yaxşı bilən bir azərbaycanlı musiqiçi ilə əvəz olunub.Qeyd edək ki, meyxananın Rusiyada məhşurlaşmasına Urqantın “Youtube” saytında meyxananı yerləşdirməyi və reper Timati ilə müğənni Fillip Krikorov arasında olan qalmaqal səbəb olub. Timati aralarında narazılıq yaşadığı Fillip Krikorova “Davay do svidaniya” demişdi. Həmçinin meyxananın sözləri siyasi, şou-biznes və idman mühitində də aktiv istifadə olunur.