2012-2013-cü illərdə Azərbaycanın ali təhsil müəssisələrində diplomlar Avropa standartlarına uyğun veriləcək.
Bunu Təhsil Nazirliyinin rəsmisi Vüsalə Qurbanova Day.Az saytına açıqlamasında bildirib. O, deyib ki, tələbələrə diploma əlavə də təqdim ediləcək. Əlavə Avropa Komissiyası, Avropa Şurası və YUNESKO tərəfindən birgə hazırlanıb.
«Orada diplom sahibi haqda əlavə məlumatlar yer alacaq. Sənəd 8 bənddən ibarət olacaq. Orada şəxsin peşəkarlıq səviyyəsi, həmçinin alınmış və uğurla başa çatdırılmış təhsilin xarakteri, səviyyəsi, məzmunu, konteksti və statusu barədə informasiya yer alacaq», - deyə V. Qurbanova bildirib.Onun sözlərinə görə, dəyişiklikdə məqsəd beynəlxalq diplomatların Avropa ölkələrində tanınması, şəffaflığın təminatı, diplomatların beynəlxalq akademik və peşəkar səviyyədə ədalətlə qəbul edilməsi, həmçinin tələbələrin akademik və əmək bazarlarında mobilliyinin artırılmasıdır.