Azərbaycanlı milyarder 20 milyonluq yaxtasını satdı –SƏBƏB

SOSİAL
16:05 16.05.2016
3246
Milyarder statusunu təsdiqləməkdən ötrü nələr eləyə bilməzsən. Məsələn, "Lukoyl"un sahibi Vahid Ələkbərov köhnə gəmisini yalnız ona görə ucuz qiymətə satıb ki, digər varlıların diqqətini uzun göyərtəsinə cəlb etsin.
Vahid Ələkbərov özünün 50 metrlik Galactica yaxtasını satıb. Bu haqda ilk dəfə Boatinternational.com portalı xəbər yayıb. "Forbes" də bu məlumatı yaxta brokerləri arasındakı mənbə vasitəsilə təsdiqləyib. Satışdan sonra yaxta yeni sahibi Red Sapphirenin adına dəyişdirilib.
Yaxtanın 2015-ci ilin mart ayında 21 milyon avroya satışa çıxarıldığı bildirilir. Ancaq bu ilin fevral ayında qiyməti aşağı salınandan sonra 19,5 milyona satılıb. "Lukoyl"dan indiyədək bu haqda açıqlama verilməyib.
Galactica suya 2009-cu ildə buraxılıb və o vaxt Hollandiyada Heesen Yachts-ın flaqman yaxtalarından olub. Bundan bir il öncə Ələkbərov qayıq istehsal edən şirkəti onun yaradıcısı Frans Xisendən 100 milyon avroya alıb. Heesen 1978-ci ildən Hollandiyanın Oss şəhərində sürətli yaxta istehsalı ilə məşğuldur və bu sahədə dünya liderlərindən biri hesab olunur. Heesen Yachts-ın özəl xüsusiyyətlərindən biri odur ki, 30 metrdən kiçik yaxta istehsal etmir.
Ələkbərov ən ehtiyatlı müştərilərdən biridir. 2010-cu ildən 2014-cü ilə qədər Galactica öz mülkiyyətçisinin istəyi ilə bir neçə dəfə yenilənib. Məsələn, Ələkbərov okeanı seyr edə bilməsi üçün onun kayutunda pəncərələri zolaqşəkilli qurulub. "Lukoyl"un sahibinin lüksü çox xüsusidir, kitabxana-kinozala ayrıca girişi var, sahibinin otağında isə "kingsize" çarpayısı və iki kiçik ölçülü "queensize" var. Ələkbərovun vanna otağı bahalı parlaq daşlarla işlənib. Gəminin göyərtəsi açıq havada nahar etməyə imkan verir, bu zaman sərnişinlər okean küləyindən mühafizə olunurlar.
Galactica bu ilin yazına qədər Ələkbərovun əsas yaxtası olub. Mart ayında suya yeni yaxta - 70 metrlik Galactica Super Nova (ilkin adı Project Cometa olub) buraxılıb. O, birinci kimi Heese-nin ən böyük istehsalı hesab olunur və dünyanın ən uzun 200 gəmisi sırasındadır. Ancaq ən böyük üstünlüyü ondadır ki, öz sinfində ən sürətlisidir.
Galactica Super Novanın 12 nəfərlik 6 kayutu var və onun dizaynı ilə Espen Oeino International xüsusiləşdirilmiş arxitektura bürosu məşğul olub. Fərqli cəhətlərindən biri gəminin göyərtəsinin hamısını birləşdirən şüşə liftinin olması və büllur pilləkəndir.
Gəmidə helikopter enişi üçün meydança, şəlalə və cakuzi, həcmi 13500 litr su tutumlu, dibinə günəş işığı düşən hovuz var. Bunun hesabına aşağıda yerləşən otaqların da təbii işıqlandırılması mümkün olur. Yaxta bütün zəruri avadanlıqla komplektləşdirilib: gümüş qab-qacaq, eyni zamanda Hermès, Puiforcat və Robbe & Berking kimi tanınmış markaların məmulatları var.
Belə hesab edirlər ki, Ələkbərovun yeni yaxtası Heesenin vizit kartı olacaq, içəridən və çöldən "konfet" kimi görünür. Yaxta hazırda Çernoqoriyadakı Tivata limanındadır, geniş kütləyə payızdakı Monaco Yacht Show-da təqdim ediləcək.
///modern.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər