Azərbaycanlı milyarder boşanmasından danışdı: "Bir Şərq kişisi kimi..."

Azərbaycanlı milyarder boşanmasından danışdı: "Bir Şərq kişisi kimi..."
SOSİAL
19:29 10.06.2017
2374

Yardım milyardlıq boşanma qalmaqalı ilə gündəmə gələn Azərbaycan əsilli rusiyalı milyarder, "Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədov Bakıdadır.

61 yaşlı Fərhad Əhmədov APA TV-yə eksklüziv müsahibəsində keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə bağlı London məhkəməsinin çıxardığı qərara münasibət bildirib.

Onun sözlərinə görə, həm Böyük Britaniya, həm də yerli media bu məsələni daha da aktuallaşdırıb: "Bu, İngiltərə məhkəməsi tərəfindən məqsədli şəkildə düşünülmüş, qərəzli informasiya sızıntısı, məqsədli şəkildə düşünülmüş, analoqu olmayan bir qərar idi. Çünki o, Rusiya vətəndaşıdır. Bizim nikahımız Rusiyada qeydiyyata alınıb. Eyni zamanda elə Rusiyada da boşanmışıq. Ona görə də İngiltərə məhkəməsinin bu məsələyə müdaxiləsi yersiz, ildən-ilə çox detallı formada planlaşdırılmış bir şey idi. Mən əminəm ki, ingilislər Avropa İttifaqı ilə boşanmaq müqabilində kompensasiya ödəməkdən imtina etdiyi kimi, İngiltərənin ədalət mühakiməsinin qərarı da öz ədalətini mütləq tapacaq".

Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini keçmiş həyat yoldaşı və onun vəkilləri tərəfindən "Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb. Hazırda isə eks-xanımı ilə münasibətlərinin normal olduğuna diqqət çəkib: "Münasibətlərimiz həmişə normal olub. Mən hər zaman Şərq kişisi, müsəlman olaraq uşaqlarımın atası kimi öz öhdəliklərimi yerinə yetirirəm. Qalan şeylərə isə qoy Allah özü qərar versin".

Xatırladaq ki, London məhkəməsi F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğu haqda qərar verib.

Qeyd edək ki, bu, Britaniya tarixində boşanma prosesində kəsilmiş ən böyük məbləğdir.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO