Rusiyanın paytaxtı Moskva şəhərində "at oynadan” 22 yaşlı erməni qızı yenə də polis tərəfindən saxlanılıb.
AZXEBER.COM Ölkə.Az-a istinadən xəbər verir ki, 22 yaşlı Maru Baqdarasyan yenə də Moskvada sükan arxasında görünüb. Tanınmış avtoş qız yenə qayda pozduğuna görə polis tərəfindən saxlanılıb. Komsomolski küçəsində avtoşluq edən Maru Baqdarasyan yol polisi tərəfindən saxlanılıb.
"Bu dəfə də Maru Baqdarasyan sükan arxasında saxlanıldı. Onun barəsində protokol tərtib olundu”, - deyə Moskva şəhər yol polisindən bildirilib.
Polisdən bildiriblər ki, dünənə gecə saat 2 radələrində avtoş qız yol polisi tərəfindən təqdib olunub. Uzun müddət təqib edildikdən sonra onu saxlayıblar. Yol polisi sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən Maru Baqdarasyan haqqında protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Qeyd edək ki, 22 yaşlı Maru Baqdarasyan yol hərəkəti qaydalarını pozduğuna görə ümumilikdə 150 dəfə cərimə olunub. Bundan başqa, onun barəsində 15 gün azadlıqdan məhrum etmə cəzası kəsilib. Lakin M.Baqdarasyan həkimdən yalandan xəstəlik kağızı alıb və bu cəzadan canını qurtarıb. Sonradan bu işin üstü açılıb. Onun barəsində 1 il olis nəzarəti altında olmaqla şərti cəza kəsilib. Bu ilin mart ayında onun sürücülük vəsiqəsi əlindən alınıb və ona avtomobil idarə etmək qəti qadağan edilib. Bu qərar baş vermiş yol qəzalarının birində Maru Baqdarasyanın huşunun getməsi səbəbindən qəbul edilib. Müəyyən olunub ki, qız epilepsiya xəstəsidir. Lakin avtoş qız buna əhəmiyyət vermir. Hətta onun barəsində karikatura da hazırlanıb.