Azərbaycanlı model: 'Birinci, ikinci olmaq önəmli deyil. Önəmli olan xalq tərəfindən sevilməkdir' - FOTOLAR

Azərbaycanlı model:
FOTOSESSİYA
17:27 22.05.2013
22579

“O, Azərbaycan gözəli adına layiq görüləcək bir qız deyildi”

AZXEBER.COM portalı, “Miss Azerbaijan 2013”ün iştirakçısı, özünü italiyalı model Ornella Mutiyə oxşadan Minarə Allahverdiyevanın müsahibəsini və fotolarını təqdim edir:

-Necə oldu ki, sizdə model olmaq istəyi yarandı? Model olmaq uşaqlıqdan arzum olub. Uşaqlıqdan boyum hündür idi. Həmişə digər yoldaşlarımdan seçilmişəm. Ətrafdakıların fikirləri məni çox həvəslənidirirdi. Ancaq onu da qeyd edim ki, mən model kimi dekabr ayından fəaliyyət göstərirəm. İlk dəfə idi bu müsabiqəyə qatılırdım. Bu sahədə çalışmağıma əvvəllər ailəm icazə vermirdi. Qardaşlarım və atam mənə qarşı çıxır, imkan vermirdi. Daha sonra övladım oldu. Bunun üçün başım qarışdı və vaxtım olmadı. “Facebook”da olarkən, reklamları gördüm. Dostlarım yarışmaya qatılmağım üçün mənə çox israr etdi. Onlar özləri mənim şəkillərimi göndərdilər. Birlikdə qeydiyyatdan keçdik. Bir müddət sonra cavab gəldiki, qəbul olunmuşam. Modellik həyatıma bununla başladım. -Müsabiqəyə seçilərkən, Minarə Allahverdiyevaya münasibət insanlar tərəfindən necə idi? Müsabiqədə turlardan keçdim. Oradakı abu-hava mənə çox xoş təsir bağışladı. Həvəsim zaman keçdikcə daha da artdı. Əhalinin fikirləri, rəyi məni çox sevindirdi. Azərbaycan gözəli kimi insanlar məni qəbul etdilər. Bəlkə də mənfi reaksiya ilə qarşılaşsaydım bu məni həvəsdən salardı. Bəzi iştirakçılar var idi ki, onların şəkillərinə xoşagəlməz rəylər yazılırdı. Onlar üçün bu adi hal idi. Əhəmiyyət vermirdilər. Amma mən xalqın fikirlərinə çox önəm verirəm. Hətta hamı istəyirdi ki, qalib mən olum. Ona görə də özümdən çox əmin idim. Syama xanım da məndən olduqca razı idi. Həmişə mənim, Sevincin, Aytacın və Humrayın adını çəkirdi. İlk yerlərdə bizi görürdü. Validə Abbasova da həmçinin. Validə xanım hər zaman mənə dəstək olurdu. Amma model baxımdan Humrayda bir qədər zəiflik var idi. Xarici görünüşü isə çox gözəl idi. Mən podyum hərəkətlərini tez götürürdüm. Ancaq Humray yox. Model kimi bizdə çox gözəl Alona xanım olub.

-“Miss Azərbaycan” 2013-ün nəticələri ilə razı qaldınmı? Müsabiqənin nəticələri hamını şoka saldı. Mən özümü ən azından ilk üçlükdə görürdüm. Özümü də məhz buna hazırlamışdım. Başqa cür ola bilməzdi. Özümdən çox əmin idim. Fidan Məmmədovanın birinciliyi ilə heç razı deyiləm. O, Azərbaycan gözəli adına layiq görüləcək bir qız deyildi. Onun bizləri nəinki xaricdə, heç Azərbaycanda təmsil etməyə gücü yoxdur. Mən bunu biabırçılıq kimi görürəm. Biz özümüz-özümüzü Fidanı birinci seçməklə rüsvay etdik. Bu düzgün seçim deyildi. Bu yalnızca mənim fikrim deyil. Münsiflər özləri də bildirdilər ki, biz birinci yerə Fidanı seçməmişik. Bu bir faktdır ki, bu insanı heç kim gözəl olaraq görmür. Heç bir kəs, onu bu qalibiyyəti üçün təbrik etmədi. Yalnız öz yaxın rəfiqəsi Nurlandan başqa. Çünki hamı gördü ki, seçim düzgün aparılmayıb. Mən məhz özüm seçilmədiyim üçün deyil, məhz onun seçilməsinə görə şoka düşdüm. Bu mənim üçün böyük bir söyüş oldu. Müsabiqədən sonra “Facebook”da mənə gələn mesajlarda da gördüm ki, hamı narazıdır. Əsas xalqın fikridir və xalq da narazıdır. Əsas insanlar tərəfindən sevilməkdir. Birinci, ikinci olmaq önəmli deyil. Önəmli olan xalq tərəfindən sevilməkdir. Mən bu müsabiqədə ad almasam belə tanındım və insanlar tərəfindən sevildim. Hal hazırda mənə bir çox təkliflər gəlir. Biz müsabiqədə olarkən, heç bir təklifi dəyərləndirə bilmirdik. Çünki müqavilədə icazə yox idi. Reklamlardan təkliflər gəlirdi. Amma gedə bilmirdik. Artıq sərbəstəm. Əsas ilk addımı atdım. Hər kəs məni yalnız iş qadını kimi deyil, həm də model kimi tanıyır. Özümə güvənim daha da artdı. Film çəkilişlərinə dəvət almışam. -Artıq müsabiqə bitdi. Hal-hazırdakı planınız nədir? Burda haqsızlıqları gördükdən sonra xaricə getmək istərdim. Hər bir şey pulnan ölçülür, tapşırıqnan ölçülür? İşlədiyim işdə ola bilər ki, qeyri ciddi qarşılanaram. Amma normal çərçivədə hərəkət etsəm, işimdə də problem yaranmayacaq.

Ozal İbrahimli

Foto: Hüseyn Mehdiyev

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəhruz Səmədova 15 il həbs verildi
16:53 23.06.2025
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
16:49 23.06.2025
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
16:45 23.06.2025
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
16:42 23.06.2025
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
Elarizin qızı məhkəməyə çağırıldı
16:37 23.06.2025
Elarizin qızı məhkəməyə çağırıldı
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
16:35 23.06.2025
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
16:35 23.06.2025
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
16:29 23.06.2025
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
16:24 23.06.2025
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
16:19 23.06.2025
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
16:16 23.06.2025
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
16:13 23.06.2025
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
16:11 23.06.2025
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
16:00 23.06.2025
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
15:32 23.06.2025
Bakıda "Grandmart" işçiləri arasında dava: Müdir işçini ürəyindən bıçaqladı
Azərbaycanda pensiya təminatında yenilik
15:28 23.06.2025
Azərbaycanda pensiya təminatında yenilik