Azərbaycanlı model: “Soyunmaqla mentalitetimizə ziyan gəlmir” - FOTOLAR

MAQAZİN
18:40 13.08.2013
8382

“Vəfa Zeynalova və Nurəddin Mehdixanlının bu səhnəni canlandırması cəsarətli addımdır.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycanın tanınmış modeli Kəmalə Quliyeva deyib. K. Quliyeva son zamanlar medianın əsas müzakirə obyektinə çevrilən “İlahi məxluq” filmindən danışıb. O, filmdə Vəfa Zeynalova və Nurəddin Mehdixanlının iştirak etdiyi erotik səhnələrin peşəkarlıqla ifa edildiyini bildirib: “Onlar bu rolu ifa edərkən cəmiyyətin reaksiyasını da gözə almışdılar. Bu cəsarətli addıma alqış düşür. Bundan başqa hər iki ifaçı öz işini böyük peşəkarlıqla ifa edib. Bu onların öz tamaşaçısına güvəndiyini göstərir. Film efirə getmədən bu qədər səs küyə səbəb olubsa, bu ifaçıların və Azərbaycan kinosunun qələbəsidir.”

Piar meneceri Kəmalə Quliyeva bu cür səhnələrin dünya şöhrətli filmlərdə də yer aldığını qeyd edib: “Biz Ancelina Colinin, Şeron Stounun da sevişmə səhnələrini izləmişik. Lakin hamımız onları sevirik və izləyirik. “Axırıncı aşırım” filmindəki “Qəmlo” obrazını canlandıran aktyor o qədər peşəkardır ki, o, insanların gözündə mənfi obraz kimi qalıb. Lakin bu o demək deyil ki, o, real həyatda da mənfi insandır. Vəfa da aktrisadır və o öz işini görür.”

Kəmalə Quliyeva azərbaycanlı modellərin son zamanlar çılpaq fotosessiyalara meyl etməsinə münasibət bildirib: “Soyunmaqla mentalitetə ziyan gəlmir. Dünyanın ən tanınmış modelləri məhz belə fotosessiyalar etdirir. Bunu mənfi qarşılamaq geridə qalmışlıqdır. Ölkəmizdə belə düşünənlər olsa da, onların sayı əvvəlki qədər çox deyil.

Ümumiyyətlə, Azərbaycanda bir çox sahələr intibah dövrünü yaşayır. Aktyorlarımız, modellərimiz inkişaf edir və getdikce daha çox inkişaf edəcək.”

Ceyhun

OXŞAR XƏBƏRLƏR