Azərbaycanlı modelin oğlu 1-ci sinifə gedib.
AZXEBER.COM xəbər verir ki, 2 uşaq anası olan Azərbaycan gözəli oğlu Zaxarı məktəbə yola salıb. Model xoşbəxtliyini izləyiciləri ilə bölüşüb.
Xaricdə yaşayan Züleyxa Akçurina paylaşdığı foto ilə birgə bu sözləri yazıb: “Bu gün Zaxar birinci sinfə gedir. Bu mənim üçün xüsusi gün və həyatımın ən parlaq hadisəsidir. Allah bütün məktəblilərə, müəllimlərə və valideynlərə səbr versin. Mən hələ də inana bilmirəm. Sevincdən göyün yeddinci qatındayam.”
Xatırladaq ki, modelin bir qız və 1 oğlu var.
