Azərbaycanlı müğənni: '30 aprel günü bunu edə bilməzdim' - AÇIQLAMA
MAQAZİN
12:45 30.04.2012
3903
"Bu gün radioda qonaq idim. Amma gedə bilmədim. 30 Aprel günü dostlarımızın, bizim kimi gənclərin öldürüldüyü gün radioya çıxıb mahnı ifa edə bilməzdim. Millətimin ağladığı bir gündə orada ola bilmədim, orada ola bilməzdim. Bunu kim necə qəbul edir etsin. Bu gün içim qan ağlayır, bu gün çox pisəm". Bu sözləri AZXEBER.COM-a gənc müğənni Elyanə Əhmədova deyib. Qeyd edək ki, müğənni bu gün yerli radiolardan birinin qonağı olmalı idi.