Azərbaycanlı müğənni 5 minə ceyran aldı - Foto

Azərbaycanlı müğənni 5 minə ceyran aldı - Foto
ŞOU-BİZNES
15:42 01.09.2014
6147
"Yaxınlarım artıq deyirlər ki..."
Bir müddət öncə 150 minlik avtomobili ilə müzakirələrə səbəb olan mərhum ifaçı Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı maraqlı addım atıb.
AZXEBER.COM Lent.az-a istinadla xəbərinə görə müğənni bildirib ki, özünə xarici ölkədən 5 min manatlıq ceyran gətizdirib:
“Həyatda ürəyim istəyən hər şeyə nail oluram. Xeyli müddət idi istəyirdim ki, ceyranım olsun. Bu günə qədər şou-biznesdə hələ ki, heç kimin ceyranı olmayıb. Heyvanlara sevgim sonsuzdur. Bağ evində yaşadığıma görə, ceyrana özüm qulluq edəcəyəm. Bəlkə bir çoxlarına qəribə gələcək, amma ceyrandan sonra özümə timsah alacam. Yaxınlarım artıq deyirlər ki, bağ evini heyvanxanaya çevirəcəksən. Amma nə edim ki, bu da mənim istəyimdi”.
OXŞAR XƏBƏRLƏR