Azərbaycanlı müğənni: '6 aya Türkiyə şou-biznesini darmadağın edəcəyəm' - FOTOLAR

MAQAZİN
10:10 13.02.2013
2472

“6 aya Türk şou-biznesini darma-dağın edəcəyəm. Buna pulum da çatar gücum də”-bunu müğənni Orxan Babazadə AZXEBER.COM-a açıqlamasında deyib. Biznesmen müğənni son vaxtlar Türkiyəyə üz tutan müğənnilərə açıq-aydın meydan oxuyub.

“Türk şou bazarına mən illərdir hazırlaşıram. Amma bunu ilk dəfə indi dilə gətirirəm. Mən digərləri kimi boş danışıqla gündəm xətrinə çənəmi yoranlardan deyiləm. Dedimsə mütləq edəcəyəm. İnanmayanlar isə yaxın günlərdə buna şahid olacaqlar”- deyə bildirib. Iddialı danışan Orxan son vaxtlar dəbdə olan sözləri və musiqisi Ceyhun Əliyevə məxsus “Sən mənim gözəlimsən” adlı mahnısına klip də çəkdirir. Hələ montaj işləri gedən klipin çəkilişindən olan fotolenti sizə təqdim edirik.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR