AZXEBER.COM xəbər verir ki, musiqisi İsrail bəstəkarına aid olan mahnını rejissor Şəhriyar Tağızadə ekranlaşdırıb.
Müğənni bildirdi ki, mahnının Azərbaycanca olan versiyasına sözləri özü yazıb: “Mahnının musiqisi israilli Dudu Aharona aiddir. Bu mahnını İsraildə ilk dəfə mən ifa etmişəm. Və tamaşaçılar tərəfindən böyük rəğbət qazandı. Sonradan düşündüm ki, mahnını Azərbaycan dilində də tamaşaçılara təqdim edim. Buna görə də mahnıya Azərbaycan dilində sözlər yazdım. Klipi artıq tamaşaçıların ixtiyarına verdik. Ümid edirik ki, bəyənərlər”.
Qeyd edək ki, klipdə ana rolunu canladıran qadın ifaçının öz anasıdır.