Azərbaycanlı müğənni: ''Bizim insanların zövqünü dəyişməyə ixtiyarımız yoxdur''

MAQAZİN
07:37 02.10.2012
2073
“Elton, Zamiq Hüseynov, Ayaz Qasımov onlar…”
AZXEBER.COM tanınmış estrada müğənnisi Nurlan Növrəslinin müsahibəsin təqdim edir.- Nurlan, uzun müddətdir ki, görsənmirsiniz. Biz savadlı gənc istedadları səhnədə görmək istərdik. Amma onlar görsənmirlər. Bildiyimiz qədər sizin iki ali təhsiliniz var. Sizin səhnədə görsənməməyinizin səbəbi nədir?- Mən deməzdim ki, mən səhnədə görsənmirəm. Lakin mən hər zaman üzərimdə çalışıram. Məncə, bu bizim telekanallarımızla bağlıdır. Çünki hər bir ailədə bir övlad yetişir. Bunlarin formalaşmasinda musiqi müəyyən rolunu oynayır. Ölkəmiz gündən-günə çiçəklənir. Dövlətimizin musiqiyə olan qayğısı məni çox sevindirir. Azərbaycan hər bir sahədə birincilik nümayiş etdirir və ölkəmizdə hər bir zaman gözəl ifaçılar, gənclər, olub və bu ifaçılar dünya miqyasında məşhurlaşmışlar. Dünyanın istənilən ölkəsində təşkil olunan konsertlərimiz vasitəsilə mədəniyyətimiz təbliğ olunub. Bizim Üzeyir Hacıbəyli kimi dahi sənətkarımız, Niyazi kimi əvəzolunmaz maestromuz, Qara Qarayev, Fikrət Əmirovun adlarını daha çəkmədiyim məşhur bəstəkarlarımız var. Vaqif Mustafazadə Amerikanın caz musiqisini mükəmməl şəkildə dünyada nümayiş etdirmişdir. Bildiyiniz kimi, mən Bülbül adına orta ixtisas məktəbində kamança sinfini bitimirşəm. Bir müdət öncə bu ifaçılara qeyri-ciddi yanaşırdılar. Rəşid Behbudov kimi vokalçı, Bülbül kimi əvəzolunmaz sənətkarlarımızın ifaları bizlərə hər zaman böyük bir məktəb olub. İndi də savadlı gənclərimiz yetişməkdədir. Amma, nədənsə populyarlıq getdikcə daha önə keçir. Müəyyən bir mahnı studiyada yazılır, aranjeman olunur. Gənc nəsil də bu mahnıları dinləyir. Amma keyfiyyətli musiqi təqdim olunarsa, bu musiqi gənclərimizin müəyyən qədər maariflənməsinə təsirini göstərər.- Siz “Eurovision” mahnı müsabiqəsi milli seçim turlarında iştirak etmisiniz. Estradamızda eynilik müşahidə olunur. Hər gün eyni müğənnilər haqqında xəbərlər və s. Sizin özünüzəməxsus ifanız var. Amma sizdə passivlik müşahidə olunur. Bu nə ilə əlaqədardır?- Bəzi məsələlər var ki, mən bunları etiraf edə bilmərəm. Bu, mənim qəlbimdədir və gizlidir. Təbii ki, telekanalların bu sahədə işləri daha böyükdür. Bildiyiniz kimi, hər bir mahnı, söz maddi vəsait tələb edir. Ümumiyyətlə, mahnının sözləri şairlər arasında müzakirə olunmalıdır. Onu da təəssüflə bildirmək istərdim ki, son beş ildə mənə təklif olunan musiqilər sırasında keyfiyyətli mahnıya rast gəlməmişəm. Mən bir neçə beynəlxalq konsertlərdə, müsabiqələrdə ifaçı kimi iştirak edirəm. Amma onu da etiraf edim ki, ailəni də maddi cəhətdən dolandırmaq lazımdır. Bildiyiniz kimi, əksər müğənnilərimiz xanəndələrimiz el şənliklərinə qatılırlar. Maddi cəhətdən insan özünü təmin etməyi bacarmalıdır. Tanınmış sənətkarlar bu gün öz ehtiyaclarını ödəmək üçün el şənliklərində iştirak etməyə məcburdurlar. Buna əslində çox müsbət yanaşıram. “Eurovision” mahnl müsabiqəsi milli seçim turlarında əlimdən gəldiyi qədər yaradıcılığımı, ifamı tamaşaçılara göstərməyə çalışdım. Mənim üçün canlı səs, səhnə, musiqiçilər əsasdır. Müğənninin ifası onun vizit kartıdır. Səhnə ilə bağlı bütün tələbləri təbii ki, maddi cəhətdən ödəmək mümkün deyildir. Hətta bir xəbəri də nəzərinizə çatdırım ki, biz dörd qardaş olaraq seçim turlarında iştirak etmək istəyirdik. Müəyyən səbəblərdən bu baş tutmadı. Lakin bununla yanaşı, ölkəmizin bu mötəbər yarışmada iştirak təqdirəlayiqdir. Komandamız yüksək səviyyədə çalışdı. İstər qalibiyyət istərsə, də ölkəmizin bu yarışmaya ev sahibliyi yuksək səviyyədə həyata keçirildi. İştirakçılarımız ölkəmizi “Eurovision” mahnı müsabiqəsində layiqincə təmsil etdilər.-Seçim turlarına qatıldınız. Siz də birinci ola bilərdiniz. Necə düşünürsünüz?- Xalqımızın səsverməsinə əsasən, mən bəylər arasında birinci idim.-Sizcə, seçilməmə səbəbiniz nədədir?- Bununla bağlı bir şey söyləyə bilməyəcəyəm. Bu məsələlərə qarışmıram. Amma, gənc ifaçılar üçün onlara yaradılan şərait üçün çox sevinirəm.-Bir daha seçim turlarına qatılmağı düşünürsünüzmü?-Xeyr. Bu, mənə kifayət etdi. Lakin hər hansı bir təklif gəlsə, məmnuniyyətlə dəyərləndirərəm.-Sizin 2006-cı ildə bir klipiniz işıq üzü görüb və müəyyən bir durğunluq var. Yaxın zamanlarda yeni klip gözlənilirmi?- Hazırda klip çəkilişlərini və yeni mahnı ifaçılığını dayandırmışam. Bu dəqiqə özüm üçün şərait yaratmağa çalışıram. Mən istəyirəm ki, müğənni kimi ən azından qarderobum olsun. Bildiyiniz kimi hər bir müğənninin geyimi onun səhnə fəaliyyərində mühüm rol oynayır. Qeyd etdiyim kimi təklif olunan mahnılar sırasında hələ ki, bəyəndiyim yoxdur. Mən yalnız qardaşım Şahin Növrəslinin mahnılarını ifa edirəm. Hazırda üzərində işlədiyimiz mahnılar var. Efirlərdə tez-tez görünməyə çalışmıram. Mənim əsas amalım tamaşaçıların, məni sevənlərin məni müğənni kimi görərkən sevinmələridir. İnsanların qəlbində hələ də yaşadığıma inanıram. 2004-cü ildə “Azəristar” müsabiqəsində iştirak edərkən mənim üçün göz yaşı axıdan insanları mən hələ də xatırlayıram. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Belə hallar ifaçı kimi mənə daha da yaratmaq yeni layihələr üzərində işləmək stimulu aşılayır. Səsim tutulsa da, xalq üçün sənətimi davam etdirməliyəm. Ölkəmizin musiqisini hər zaman digər dövlətlərdə təbliğ etməyə hazıram. Efirdə görünmək üçün kimlərəsə zəng etmək, xahiş etmək mənim, ümumiyyətlə, xarakterimdə yoxdur.- Qardaşınız Moskvada yaşasa da, onun layihələrinin sədası bu gün də dünyanın müxtəlif ölkələrindən duyulur. Bəs siz necə?- Qardaşım Şahin Növrəsli bir konsertlə öz yaradıcılığını nümayiş etdirə bilir. Lakin konsertimin təşkili üçün mənə külli miqdarda vəsait tələb olunur. Türkiyənin meqastarı Tarkanın Bakrdakı səhnəsində çıxışı, rəqsləri, geyimi üçün xeyli miqdarda vəsait ayrıldı.- Bu yaxınlarda olan planlarınız barədə nə söyləyə bilərsiniz?- Məni sevən tamaşaçılar üçün solo konsert üzərində çalışıram. Hazırda ən böyük arzularımdan biridir. Konsertimi Heydər Əliyev adına Saray və ya Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirtməyi planlaşdırıram. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyinin mənə dəstək olacağına inanıram.- Elton Hüseynəliyev sizinlə bir vaxtda səhnəyə gəlib. Lakin o layihələri, klip, yeni mahnıları ilə müəyyən qədər gündəmdə qalmağa çalışır. Bəs siz necə?- Elton, Zamiq Hüseynov, Ayaz Qasımov onlar hər biri kifayət qədər istedadlıdırlar. Mən düzünü söyləməliyəm. Eltonun və digərlərinin yeni mahnıları xalq tərəfindən çox sevilir.- Sizin hazırda bəyəndiyiniz sənətçilərdən kimlərin adını sadalaya bilərsiniz?- Bizim Alim Qasımov kimi dünyəvi sənətkarımız var. Qardaşım olduğuna görə söyləmirəm Şahin Növrəsli cazmen kimi dünyada məşhurdur. Fidan Xuraman Qasımova bacıları və digərləri... Məşhur müğənni və bəstəkar Emin Ağalarovun çıxışı ölkəmizdə və onun hüdudlarından kənarda hər dəfə böyük heyranlıqla qarşılanır.- Bəs estrada necə?-Estrada bizdə kifayət qədər inkişaf etməyib.- Nurlan Növrəsli bu ifaçılığın məktəbini keçmiş savadlı bir müğənni kimi insanların, gənclərimizin bu cür mahnılardan uzaqlaşması üçün nəsə edəcək?- Bizim insanların zövqünü dəyişməyə ixtiyarımız yoxdur. İnsanları biz ifa etdiyimiz musiqilərlə maarifləndirə bilərik. Məsələn mən yalnız fransızca ifa etsəm, bunu heç kim başa düşməyəcək bayağı musiqi də mənim anlamımda belədir.- Həyatda nəyəsə qarşı “kapriz”ləriniz var?- Ümumiyətlə, kaprizli insan deyiləm. Lakin müğənniyə onun potensialının üzə çıxarılması üçün lazımi şərait yaradılmalıdır.- Bəs hər hansı bir fobiyanız varmı?- Hansısa bir zamanlarda fobiyalar müşahidə olunur. Bir tək hündürlük fobiyası ola bilər. O da bu yaxınlarda paraşütdən tullanmaqla onu yenəcəyimə inanıram.- Kamança və skripkada ifanızla bağlı nə deyə bilərsiniz?- Kamançanı professional şəkildə, lakin skripanı özüm üçün ifa edirəm.- Nurlan, sizin avtomobilə olan marağınız necədir?- Dostlarım mənimlə avtomobilə əyləşərkən çox sürətli idarə etdiyimi söyləyirlər. Lakin, yol hərəkəti qaydalarına hər zaman əməl etməyə çalışıram.- Bəzi insanlar geyimlər üzərində məxsusi olaraq çalışırlar. Siz necə, brend markaları təqib edirsiniz?-Mənim üçün hardan geyinməyin heç bir fərqi yoxdur. Mənim fikrimcə, insan geyimi ucaldır.- Çoxdandır görünmədiyiniz üçün nişanlı olub-olmamağınız da maraqlıdır...- Hələ ki, subayam. Lakin sevgi hər bir insanın həyatında olmalıdır.

OXŞAR XƏBƏRLƏR