Azərbaycanlı müğənni: 'Bu da mənim işimdir'

Azərbaycanlı müğənni:
ŞOU-BİZNES
16:49 30.12.2011
2011
Türkiyədə keçirilən “Star akademi” müsabiqəsinin finalçısı, müğənni Elyanə Əhmədova özünü fərqli ampluada sınayıb. Belə ki, müğənni bu dəfə aktrisa kimi görünəcək.  Bu barədə məlumat verən Elyanə bildirib ki, o, rejissor Cavid Təvəkkülün çəkdiyi “Yanlış da bir naxışdır” filmində çəkilib. İctimai Televiziya tərəfindən ekranlaşdırılan filmin çəkilişləri başa çatıb. Məhəbbət mövzusunda olan filmin saund-track-ini də müğənninin özü səsləndirib: “Mədəniyyət və İncəsənət Universitetini bitirdiyim üçün özümü hər bir ampluada sınamaq imkanım var. Əgər bu cür təkliflər olarsa, yenə də aktrisa kimi görünə bilərəm. Bu da mənim işimdir. Heç bir fərqi yoxdur”. 
OXŞAR XƏBƏRLƏR