Müğənni Orxan Babazadə restoran açıb.
AZXEBER.COM-un məlumatına görə, "822 lounge” adlanan məkanın ötən gün açılış mərasimi baş tutub. Tədbirə sənət adamları da qatılıblar.
Orxan bildirib ki, bu onun ilk biznesi deyil:
"Mənim bir neçə biznesim var. bu da onların sırasına daxil oldu. Uğurlu alınacağına inanıram".
"822 lounge” yüksək səviyəli xidmət, peşəkar işçi heyəti ilə seçilir. Müşətərilər burada milli mətbəxin ləziz təyamları ilə yanaşı, Avropa mətbəxindən olan fərqli yeməkləri də dada biləcəklər. Qonaqlara peşəkar aşpazlar tərəfindən hazırlanan dadlı şirniyyatlar, fərqli içkilər təqdim ediləcək.
Qəlyan həvəskarları da "822 lounge”yə üz tuta bilərlər. Məkanda eyni zamanda karaoke otağı da fəaliyyət göstərir.
Şou-biznes nümayəndələri də restoranı bəyəndiklərini, bura tez-tez gələcəklərini deyiblər.
Ünvan: Afiyəddin Cəlilov küçəsi 46
Tel.: (994 12) 489 51 94
Mob.: (994 51) 822 02 02
İnstaqram: @822_lounge