Azərbaycanlı müğənni ərini Facebook-dan tapdı - FOTOLAR

MAQAZİN
20:39 14.09.2012
6026
Belarusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Günəş Abbasova öz sevgilisi, "Galatasaray" klubunun sabiq futbolçusu Gökhan Cengiz ilə Facebook-da tanış olub.
AZXEBER.COM-un Trend Life-a istinadən verdiyi xəbərə görə, bu barədə müğənni "Antenna" qəzetinə bildirib."Skype ilə danışaraq biz bir-birimizi daha yaxından tanıdıq. İstirahət etmək vaxtı gələndə mən artıq bilirdim ki, hara gedəcəm. Rəfiqəmlə Kiprə getmək qərarı verdik. Bu, heç mənə bənzəmirdi: üç aylıq tanışlıqdan sonra mən özüm görüşə getdim. Gökhanı hava limanında görəndə başa düşdüm ki, o, təsəvvür etdiyim biri deyilmiş. Gəncdir, yaraşıqlıdır, lakin mənimdir və ya mənim deyil... bu aydın deyildi. İndi də deyəndə ki, ona ilk baxışdan vurulmamışam, xətrinə dəyir. Bir həftə ərzində o, məni heyrətləndirdi. Mənim zövqümü və vərdişlərimi tam öyrənmişdi. O bilirdi ki, mən ağ qızılgülləri, limonlu qara çayı xoşlayıram", - müğənni əlavə edib.Günəş bildirib ki, Gökhan real həyatda efirdə göründüyündən də yaraşıqlıdır.

OXŞAR XƏBƏRLƏR