Azərbaycanlı müğənni erməni ilə duet oxudu

Azərbaycanlı müğənni erməni ilə duet oxudu
MAQAZİN
15:10 16.04.2019
6620
Rusiyada yaşayan azərbaycanlı müğənni Elman Zeynalov Qazaxstanda çəkilən klipini təqdim edib.

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, "Новая Фабрика звезд” müsabiqəsinin finalçısı "Уставший город” adlı mahnısında erməni həmkarı Artur Bestlə duet oxuyub.

Qeyd edək ki, Elman Zeynalov Sumqayıtda doğulub. O, daha sonr ailəsi ilə birgə Rusiyanın Rostov şəhərinə köçüb. Müğənni Rusiyada qatıldığı yarışma ilə məşhurlaşıb.

Artur Best isə erməni əsilli ifaçı və bəstəkardır. O, "Qolos”, "X – factor” kimi yarışmaların iştirakçısı olub.


OXŞAR XƏBƏRLƏR