Müğənni Elton Hüseynəliyev erməni mahnısı oxuyub.
AZXEBER.COM-un məlumatına görə, Elton erməni müğənnisi Vache Amaryanın “Bala” mahnısını ifa edib.
Maraqlıdır ki, xalq artisti Brilliant Dadaşova da Eltona bu işdə dəstək olub. Brilliant Dadaşova öz “facebook” səhifəsində yerləşdirərək bu sözləri yazıb: “Əziz facebook dostlarım, bu gün Eltonun ifa etdiyi bir musiqi olduqca xoşuma gəldi. Super ifa. Sizinlə o musiqini birlikdə dinləyərik. Əvvəlcə rəsmləri paylaşıram”.
Daha sonra müğənninin "facebook" dostları Eltonun bu mahnısının erməni mahnısını olduğunu yazıblar. Xalq artisti isə onlara belə cavab verib: Bu musiqi ispan musiqisidir. Ermənilərin bu mahnını oxumasından xəbərsizəm. Ancaq əgər belədirsə belə çox istərdim ki, həmyerlilərimiz bu həssasiyatı mənim "vakaliz"im oğurlananda da göstərərdilər.
AZXEBER.COM hər iki ifanı təqdim edir.