Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın həyat yoldaşı onu təəccübləndirib.
Müğənniaçıqlamasında 8 Mart Beynəlxalq Qadınlar Günündə həyat yoldaşı Ceyhunun ona olduqca dəyərli bir hədiyyə aldığını deyib:“Mənim üçün ideal təbrik həyat yoldaşımın alnımdan öpub, qəlbdən dediyi ürək sözləri olur. Həyatımda bundan dəyərli hədiyyə ola bilməz. Həm bir ata, həm də həyat yoldaşı kimi üzərinə düşəni etdi. Hədiyyəsi də var idi. Biri qucaq dolu qızıl güllər və sevdiyim bir əşya... Qızımıza isə yaşına görə, sevdiyi oyuncaqları almışıq”.