Azərbaycanlı müğənni: ''Mən öləndən sonra bütün varidatımı ona vəsiyyət etmişəm'' - FOTOLAR

MAQAZİN
17:48 28.09.2012
2980
“Mən öləndən sonra bütün varidatımı ona vəsiyyət etmişəm...”
Ölümü haqqında danışan müğənni Niyam Salamidir. O, Lider TV-nin baxımlı layihələrindən biri olan “İstidir”ə çəkilərək, bəzi etiraflar edib. Ən yaddaqalan açıqlaması Niyamın ölümündən danışması olub:“Ölümdən qorxmuram, bu imtahanı hamımız verəcəyik. Əsas odur ki, insan kimi yaşamağı bacarmalıyıq. Mənə gəlincə, qardaşım oğlu İsmayılı özümə vərəsə seçmişəm. Mən öləndən sonra bütün varidatımı ona vəsiyyət etmişəm”.Bu və digər açıqlamaları müğənninin öz dilindən eşitmək istəyirisiniz, verilişi izləməyiniz tövsiyə olunur.Bir məlumatı da diqqətinizə çatdırmaq yerinə düşər ki, populyar teleaparıcıMurad Əzimzadənin təqdimatında yayımlanan “İstidir”də növbəti dəfə saat dəyişikliyi edilib.Bundan sonra tamaşaçılar verilişi hər həftənin şənbə günü saat 18:00-da Lider TV ekranlarında izləyə bilərlər. Proqramın təkrarına hər bazar saat 14:30-da baxmaq imkanınız var.“İstidir”in informasiya dəstəyi Milli.Az-a məxsusdur.

OXŞAR XƏBƏRLƏR