Türkiyədəki musiqi şirkəti ilə müqavilə əsasında əməkdaşlığını davam etdirən müğənni İradə İbrahimova studiya çalışmaları səbəbindən son aylar Bakıya sıx səfər edə bilmir.AZXEBER.COM-un məlumatına görə, bu günlərdə “Plyus-minus” verilişinin suallarını virtual aləmdən cavablandıran sənətçi fikirlərini genış publika üçün bölüşüb. Qeyd edək ki, sənətçi bu səpkidə müsahibəni ilk dəfə verib.
Əvvəlcə sənətçi Türkiyədə məhşurlaşmaq istəyən həmkarlarından söz açıb:
“Bizim sənətçilərin türkiyə şou-biznesinə can atması normaldır. Burada müxəlif dillərdə insanlar yaşayır. Bizim dil daha asan başa düşüləndir. Bizi sevirlər və qəbul edirlər” – deyən sənətçi seçim qarşısında qalarsa, hələki tərəddüd etmədən öz şou-biznesimizin üzərində dayanadığını deyir:
İradə xanım son bir neçə ayda sosial şəbəkələrdən aktiv istifadə etməyə başladığını deyib. O, daha çox İnstagram səhifəsində özünün və ailəsinin fotolarını yayımlayır. Nəzərə inanan İradə:
-hər bir ana övladı üçün narahatdı, üzərində diqqət olanda nəzərə gələcəyindən ehtiyat edir. Mənim virtual dostlarım hər sözünün əvvəlində, maşallah, Allah qorusun kimi ifadələr işlədirlər. Onların səmimiyyəti ailə fotolarımı onlarla paylaşmağıma imkan verir, – deyə sənətçi bildirib.