Müğənni Aygün Rəhimova nişanını qaytarıb.
AZXEBER.COM xəbər verir ki, o, nişanlısı, ifaçı Sabir Əhmədovla nişanını pozması xəbərini verib.
Qeyd edək ki, bu ilin fevralında nişanlanan cütlük yayda olacaq toylarına hazırlaşırdılar.
Bir çox tədbirdə birgə görünən cütlük hər yerdə, hətta sosial şəbəkələrdə belə bir-birinə olan sevgilərindən söhbət açırdılar, yayda olacaq toylarına hazırlaşırdılar.
Lakin A.Rəhimova özünün Facebook səhifəsində nişanın pozulduğunu yazıb.
“Bütün dostlarıma müraciət edib deyirəm ki, bu gündən azadam. Xahiş edirəm, bu gündən mənə heç kim nişanımla bağlı suallar verməsin. Həyatdır... hər şey ola bilər. Heç də bütün sevgi münasibətləri xoşbəxt sonluqla bitmir. Hamınızı öpürəm və həyatda sizə layiq olan insanlara rast gəlməyinizi diləyirəm”- deyə, A.Rəhimova bildirib.
Qeyd edək ki, müğənni İnstagram-da S.Əhmədovla birgə olan şəkillərini də silib.



