Müğənni Elçin Cəfərovun prodüseri və mətbuat katibi Kazım Sübhan ilə iş birliyi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, bu haqda K.Sübhan özü sosial şəbəkədə məlumat yayıb:
“Heç bir problem olmadan bir ildən çox çalışdığım Elçin Cəfərov ilə iş birliyinə öz təklifim ilə son qoyduq. Elçin çox istedadlı ifaçı, mədəni və tərbiyəli insandır. Sadəcə mən hələlik heç kəslə işləmək istəmirəm. Qoy bizim nümunəvi ayrılığımız bütün şou əhlinə örnək olsun. Digərlərindən fərqli olaraq biz dava-dalaşla deyil, sivil şəkildə ayrıldıq. Şou-biznesdə belə bir dəb var. Prodüser müğənnidən ayrıldısa, əli çatan bütün yerlərdən müğənninin bazarını bağlayır. Bizdə bu belə olmayacaq. Ayrılsaq əvvəlki dost münasibətimiz qalacaq”.