Azərbaycanlı müğənni pulsuz klip çəkdirdi - FOTOLAR
MAQAZİN
19:04 04.02.2013
2472
Uzun müddətdir yoxa çıxan müğənni Əbdül Xaliq medianı başına yığıb yeni çəkdirdiyi klipi təqdim edib.AZXEBER.COM-un məlumatına görə, müğənni ifa etdiyi mahnının musiqisi Bəbir Bəbirova, sözləri Vüsal Zəfəroğluna aiddir. Əbdül Xaliqin “Qismət” mahnısına çəkdirdiyi klipin rejissoru Ramin Ələsgərovdur.Təqdimat zaman Xalid bundan sonra gözdən itməyəcəyini, yeni işlərlə görünəcəyini əminliklə söyləydi: “Mənim gec-gec görünməyimin səbəbi maddi dəstəyimin olmamasıdır. Gərək nəsə yeni bir işi görüb ortalığa çıxasan. Dostlarım mənə dəstək olaraq bu klipi pulsuz çəkdilər”.Onu da deyək ki, tədbirdə Xaliqi əməkdar artist Tünzalə Ağayeva da tək qoymayıb. İfaçıya dəstək olmaq üçün gələn xanım Ağayeva taxdığı eynək və başındakı şalla diqqətləri üzərinə çəkib. Bundan başqa müğənni Emil Bədəlov, Orxan Babazadə, Yaşar Yusub, Yaşar Cəlilov və “Cahan” qrupu da Əbdül Xaliqi təqdimatda tək qoymayıblar.Ozal İbrahimli