Azərbaycanlı müğənni: "Qaşımı alıb, sırqa taxmalıyam ki?" - FOTOLAR

MAQAZİN
14:41 26.09.2014
4004
Son zamanlar maraqlı açıqlamaları ilə gündəmə gələn müğənni Samin Dəniz yenə də od püsgürüb.
Bu barədə AZXEBER.COM-a danışan müğənni, gündəmə gəlmək üçün xoşagəlməz addımlar atmayacağını bildirib: "Hal-hazırdakı şou-biznesimizdə məşhurlaşmaq üçün, qaş aldırmalı, sırqa taxmalıyam. Bir sözlə kişilik simasından uzaqlaşmalıyam. Mən də bunu heç vaxt qəbul etmirəm. Elə buna görə də, bəzi müğənnilər kimi, hər gün efirlərdə və ya şou-proqramlarda çıxış edə bilmirəm. Səbəbsə insanların bu cür müğənnilərə olan təlabatıdır. Bunu mən də edə bilərəm. Ancaq bu cür gündəmə gəlməkdənsə, sənətdən uzaqlaşaram".
"Bizim görkəmli sənətçilərimiz olub. Rəşid Behbudov, Müslüm Maqomayev, Mirzə Babayev və s. kimilər müğənnilərimiz məgər sənətdə öz sözlərini görkəmlərində plastik əməliyyat etdirərək göstəriblər? Yoxsa, qaş aldırıb, sırqa taxıblar? Heç biri. Çünki onlar əsl kişi sənətkarlar olub. Düşünürəm ki, həmkarlarımdan çoxu xarici görkəmlərində dəyişiklik etməlidir. Gələcək nəsilə bu cür örnək olmaq olmaz" - deyən Samin Dəniz, yaxın günlərdə qeyri-adi bir yenilik edəcəyini də əlavə edib.
OXŞAR XƏBƏRLƏR