Azərbaycanlı müğənni "Real-Madrid"də - FOTO

MAQAZİN
19:24 31.08.2012
3121
Müğənni Aysel Əlizadə istirahət etmək üçün İspaniyaya üz tutub. Bu məkan nə qədər isti olsa belə, Aysel yaxşı dincəlib, maraqlı yerlərdə olub:"Səfərdə ailə üzvlərimlə oldum. İlk baş çəkdiyim yer "Real-Madrid"in stadionu oldu. Bu, nə qədər futbol həvəskarı olduğumu göstərir. Sonra yol aldıq Marbella şəhərinə. Bir neçə gün orada dincəldik. Maraqlı gəzintilərdən biri Marokkodada oldu.Atlantik okeanına gəmi ilə səhayət etdik. Dəniz gəzintisini çox sevirəm. Və ən çox vaxtımı suda keçirdim. Növbəti gəzintimiz yaxta ilə Aralıq dənizinə oldu. Orada delfinləri canlı izləyə bilirdim. Bu səfərdə balıq da tutmuşam. Malaqa şəhərində qədim Rondonu izləməyimiz yadda qalan gəzintilərdən idi. Bir də oküz döyüşünü izlədim. Bu dəfə biz Toroda idik".Yay boyunca bu müğənninin seçdiyi sonucu səfər proqramı deyilmiş. Öncəki aylarda o, Praqa şəhəri, Avstriya, Almaniya və Slovakiyada olub. Sənətçi həm bəzi işlərinin həlli, həm də istirahəti üçün bu yerləri seçib.
//milli.az

OXŞAR XƏBƏRLƏR