Azərbaycanlı müğənni satıcı oldu - FOTOLAR

MAQAZİN
11:55 22.10.2012
3393
“Xalq ulduzu” yarışmasının iştirakçılarından olan xanəndə İlahə İbadova növbəti klipini çəkdirib.
İlahə eyni yarışmadan tanınan Taleh Ələsgərli ilə oxuduğu “Qonşu qız” mahnısı ilə kamera qarşısına keçib. Xanəndələrin tandemindən ekrana sıravi kliplərdən fərqi, maraqlı süjet xətti olan klip çıxacaq.İ.İbadovanın AZXEBER.COM-a verdiyi məlumata görə, gənc rejissor Aqil klipə müasir tərəfdən yanaşıb. Hər iki xanəndəni satıcı obrazında çəkən rejissorun klipdə hədəfi Talehin İlahəyə olan sevgisini müasirləşdirilmiş tərzdə ortaya qoymaqdır. İlahənin fikrincə, rejissor bunu bacarıb. Qalır lentə köçürülən kadrların montaj prosesi.“Çəmən, çiçək kimi kliplərin dövrü keçib. İnsanlar şablonlaşan klipləri izləmir. Bu nöqteyi-nəzərdən klipimizi fərqli eləmək istədik” - deyən İlahə tezliklə daha bir duet mahnısının olacağını bildirdi. Bu, yerli yox, əcnəbilərdən biri ilə nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR