Azərbaycanlı müğənni şəhəri kəndə dəyişdi - FOTOLAR

MAQAZİN
22:53 24.11.2012
3389

Uşaq yaşlarından şəhər mühitində böyüyən xanəndə İlahə İbadova kənd adət-ənənələrini sevir. AZXEBER.COM-un məlumatına görə, bu səbəbdən də, işinin çoxluğuna, vaxtının məhdudiyyətinə baxmayaraq yolunu tez-tez bölgələrdən salır. Təbiətin qoynunda özünü qəm-qüssədən uzaq tutan sənətçi, hərdən qol cırmayıb kəndin zəhmət tələb edən işlərinə də qoşulur. Teleməkanda bu qəbildən olan “Zəhmətkeş ulduzlar” verilişinin çəkilişində iştirak edən sənətçi kəndə aşiqliyini yetərincə göstərib. Özü ...-a danışır ki, şəhərin səs-küyündən qaçıb, çox vaxt kənddə rahatlıq tapır. “Əksər insan mənəvi rahatlığı belə tapır. Kənd abu-havası bir başqadır. İnsan mənən saflaşır. Bir də kəndin zəhmətini çox sevirəm. Bəzən sənət işlərindən o qədər yoruluram ki, bir az kənd işinə qoşulub, bu yorğunluğu unuduram. Sağ olsun “Zəhmətkeş ulduzlar”ın kollektivi ki, ötən həftə mənə bu imkanı yaratdılar. Bacardığım qədər, kənd adamının bir günlük iş ehtiyacını yerinə yetirdim” – deyən sənətçi zəhmətkeşliyini fotoları ilə bizimlə bölüşdü. Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR