Azərbaycanlı müğənni tanınmaz hala düşdü - FOTO

MAQAZİN
18:01 08.02.2013
4301

Çoxdandır efirlərdə görünməyən populyar müğənni Nüşabə Ələsgərli, sən demə bu müddət ərzində artıq çəkisi ilə mübarizə aparırmış.

AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi məlumata görə, müğənni üç ayda 16 kq atıb. Təbii yolla arıqlamağın əleyhinə olduğunu deyən Nüşabə Ələsgərli plastik əməliyyat etdirmədən artıq çəkidən xilas olduğunu deyib: "Bir müddət əvvəl gördüm ki, çox kökəlmişəm. Qarşıma məqsəd qoydum ki, arıqlayım. Və, gördüyünüz kimi istədiyim nəticəni əldə etmişəm. Ancaq bununla dayanan deyiləm, artıq çəkilərimlə mübarizəmi davam etdirəcəm."

OXŞAR XƏBƏRLƏR