Azərbaycanlı müğənni Tarkanla duet oxuya bilər

MAQAZİN
09:13 10.08.2012
3469

“Əgər mənim işimə yarasa, karyeramda vacib olsa, mən bunu edəcəyəm. Onlar mənə çox müğənni ilə duet oxumağı təklif ediblər. İşimə yarayanı olsa, mütləq dəyərləndirəcəyəm”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri müğənni Elnarə Xəlilova hazırda əməkdaşlıq etdiyi bir türk şirkətinin ona Türkiyənin tanınmış müğənniləri ilə duet oxumaq təklifini analiz edərkən deyib.

Duet ortağı kimi təklif olunanlar arasında hətta meqa-star Tarkan da yer alıb. Görəsən, bəs Elnarəyə Tarkanla oxumaq təklif olunsa necə, Elnarə o zaman bu təklifin onun işinə yarayıb - yaramayacağını da düşünəcəkmi? “Mənimlə əməkdaşlıq edən şirkət bir çox populyar türkiyəli sənətçilərlə işləyir. Onların arasında meqa-star Tarkan da var. Tarkanla duet oxumaq, niyə də olmasın?!”, - deyə Elnarə bildirib.

Qeyd edək ki, yerli şou-biznes aləmində hər zaman yaradıcılığı və imici ilə diqqət mərkəzində olmağı bacaran müğənnin Türkiyədə əməkdaşlıq etdiyi musiqi şirkəti artıq onun yeni mahnılarını ərsəyə gətirilməsi və yeni duetlər ifa etməsi ilə bağlı işlər görür.

OXŞAR XƏBƏRLƏR