Azərbaycanlı müğənni var-dövlətini və səsini itirdi - VİDEO

MAQAZİN
10:32 04.12.2014
9415

Kafelərdən birində qabyuyan çalışarkən çəkilən görüntüləri yayılmışdı.

ANS-in efirində yayımlanan “Adam içində” verilişində kafelərdən birində qabyuyan kimi çalışan müğənninin kim olduğu aydınlaşdı. Onu vurğulayaq ki, sosial şəbəkələrdə vaxtı ilə tanınan müğənninin hansısa kafelərdən birində qabyuyan çalışarkən çəkilən görüntüləri yayılmışdı.

AZXEBER.COM ANS PRESS-ə istinadla xəbər verir ki, həmin qadının bir zaman “Yeddi on yeddi” verilişilə tanınan müğənni Səbirə xanım olduğu üzə çıxdı. Bəs onu müğənniliyi atmağa nə vadar etdi?

Bütün bunlara verilişdə aydınlıq gətirildi. Məlum oldu ki, Səbirə bütün pulunu, evini itirib. Baxmayaraq ki, ona bir sıra təkliflər olub, müğənni öz alın təriylə pul qazanmağa üstünlük verib. O da qab yumaqla ailəsini dolandırır. Bəs nə səbəbdən o müğənniliklə məşğul olmur? Məlum oldu ki, müğənni səsini itirib.

Bu səbəbdən o bəzi insanlardan inciyib. Veriliş zamanı gənc müğənniyə dəstək olan həmkarları da oldu. Səbirə bütün malını, mülkünü nə səbəbdən itirdi? Davamı növbəti “Adam içində”.

OXŞAR XƏBƏRLƏR