O, Day.Az saytına müsahibəsində müğənniliyi "ən çətin peşə" adlandırıb. "Müğənnilər daim psixoloji təzyiq altındadırlar. Heç kimə müğənnilik karyerasına başlamağı məsləhət görməzdim. Mən yenidən dünyaya gəlsəydim, heç zaman bu peşəni seçməzdim. Övladlarıma da səhnəyə çıxmağa icazə vermərəm", - K.Qaramollayeva bildirib.
İfaçı, dediklərinə rəğmən, müğənniliyə davam etməsini başqa yolunun olmaması ilə izah edib: "Bu iş üçün təhsil almışam. Mədəniyyət və İncəsənət Universitetində solo ifaçılıq öyrənmişəm. Orada magistraturada oxuyuram. Başqa heç nə bacarmıram. Yeganə yolum ərə getməkdir və evdar qadın olmaqdır. Bunu isə istəmirəm. Belə həyat yaşaya bilmərəm. Amma gələcəkdə nə olacağını da deyə bilmərəm".