Azərbaycanlı müğənnilərin iç üzü açıldı - PULSUZ GƏLMİRİK
MAQAZİN
11:12 22.08.2012
5631
Müqəddəs Ramazan bayramının gəlişi münasibəti ilə Bilgəh qocalar evində xeyriyə tədbiri keçirilib. ANS PRESS-in məlumatına görə, ahıl yaşlı insanları sevindirənlər isə gənclər olub. İki gənc xanım Zeynəb Əliyeva və Turanə Qasımova ildə bir neçə dəfə bu cür tədbirlərlə həm kimsəsiz uşaqları həm də qocaları təbrik edirlər. Zeynəb və Turanə bu cür mərasimlərdə şou-biznes əhlinə müraciət edirlər. Xeyirə tədbirinin əsas hissəsi də müğənnilərin çıxışından ibarət olur. Dəvət edilən müğənnilər əksəriyyəti isə bu cür tədbirlərdən boyun qaçırırlar.Beləliklə, mərasimə dəvət olunub gəlməyənlər sırasında Nadir Qafarzadə, Niyam Səlami, Rəqsanə İsmailova, Emil Bədəlov, Xatun, Xuraman Şuşalı, Günel Ələkbərova, Aysel Əlizadə, Lamiyyə Novruzova, Səidə Sultan, Elnarə Xəlilova, Ayaz Qasımov, Elçin Çəfərov, Yaşar Cəlilov, Kamil Cəfərov, Sadiq və “Qala” qrupunun solisti Ceyhun söz verdikləri halda tədbirdə iştirak etməyiblər.Təşkilatçıların sözlərinə görə, bəzi müğənnilər kimsəsiz qocalar evində çıxış etmək üçün qonorar tələb ediblər. Digərləri isə tədbiri heç bir televiziya kanalı işıqlandırmadığı üçün gəlməyəcəklərini açıqladılar. Mərasimə qədər söz verənlər isə həmin günü vacib işləri çıxdığını açıqlayıb, tədbirdə gəlməyiblər. Daha bir yalanı isə tədbirin aparıcılıq missiyasını üzərinə götürən Murad Əzimzadə danışıb. Teleaparıcı tədbirə qədər gələcəyini dəfələrlə dilə gətirsə də, son anda o da imtina edib. Son dəqiqələrdə isə tədbiri Əli Dünya adlı gənc ifaçı aparıb.Ancaq mərasimdə qocaları sevindirən müğənnilərimiz də tapıldı. Yaşar Yusuf, Zarina Məmmədova, Günay İbrahimli və “Əhli beyt” adlı dini ifaçılar qrupu öz çıxışları ilə kimsəsiz qocaların könlünü açmağa çalışıblar. Onların bu cür halını görən Günay İbrahimli isə göz yaşlarını saxlaya bilməyib.